...

Mübariz Qurbanlı Qazaxda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 24 Avqust 2016 10:04 (UTC +04:00)
Mübariz Qurbanlı avqustun 31-də Qazax rayonunda Ağstafa, Tovuz və Qazax rayonlarının sakinlərini qəbul edəcək.
Mübariz Qurbanlı Qazaxda vətəndaşları qəbul edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
 
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin sədri Mübariz Qurbanlı avqustun 31-də Qazax rayonunda Ağstafa, Tovuz və Qazax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Qazax şəhər Ədəbiyyat Muzeyində (ünvan: Heydər Əliyev prospekti 98A) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti