...

Bakıda multikulturalizmə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 26 Avqust 2016 14:29 (UTC +04:00)
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfrans keçiriləcək.
Bakıda multikulturalizmə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 8-9-da “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfrans keçiriləcək.

Trend-in məlumatına görə, konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondudur.

Layihənin müəllifi və baş koordinatoru AMEA Dilçilik İnstitutu Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Mayıl B. Əsgərovdur.

Konfrans AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti