...

Paytaxtın bəzi yerlərində içməli suyun verilişində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 29 Avqust 2016 17:21 (UTC +04:00)
Sabah paytaxtın bəzi hissələrində içməli suyun verilişi məhdudlaşdırılacaq.
Paytaxtın bəzi yerlərində içməli suyun verilişində məhdudiyyətlər olacaq

Bakı. Trend:

Sabah paytaxtın bəzi hissələrində içməli suyun verilişi məhdudlaşdırılacaq.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə məlumat verilib.

Bildirilir ki, Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti