...

“Mədəni irs” gerçəkləşdirilib (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2016 13:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə, “ASAN Könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə “Mədəni irs” adlı layihə həyata keçirilib.
“Mədəni irs” gerçəkləşdirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə, “ASAN Könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə “Mədəni irs” adlı layihə həyata keçirilib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində iştirakçıları üçün bir sıra mədəniyyət abidələrinə, muzeylərə, teatrlara səfərlər təşkil olunub. Gənclər bu məkanlarda yaradılmış şəraitlə yaxından tanış olublar.

Qeyd edək ki, Aydan Rzayevanın ideya müəllifi olduğu “Mədəni irs” layihəsinin əsas məqsədi, gənclərimizə mədəni irsimizi sevdirib, ölkə gəncliyinin tarixi abidələrə marağının artırılması, gənclərin teatrlara səfərinin mütəmadi hal alması, onların dünyagörüşünün artırılması, onların virtual aləmdən asılıqlarını olduqca minimallaşdırıb sosial fəaliyyətlərdə cəmləşdirmək və nəhayət bu cür layihələri mütəmadi olaraq şəhər, region və ölkə daxili keçirməklə Azərbaycan Respublikasının gəncləri əhətə etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti