...

Bakıda Azərbaycan və Ukraynanın icma rəhbərləri görüşüblər

Cəmiyyət Materials 1 Sentyabr 2016 12:31 (UTC +04:00)
Azərbaycan və Ukraynanın diaspor təşkilatları arasında əlaqələr daha da güclənməli və koordinasiyalı işləri həyata keçirilməlidir.
Bakıda Azərbaycan və Ukraynanın icma rəhbərləri görüşüblər

Bakı. Trend:

Azərbaycan və Ukraynanın diaspor təşkilatları arasında əlaqələr daha da güclənməli və koordinasiyalı işləri həyata keçirilməlidir. Trend-in məlumatına görə, bunu "Azərbaycan - Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Bakıda Azərbaycanın Ukrayna İcmasının rəhbərliyi ilə görüşündə deyib.

E.Məmmədov bildirib ki, Azərbaycanda ukraynalılara, Ukraynaya böyük rəğbət bəsləyirlər: "Xalqlarımız tarix boyu – həm SSRİ dövründə, həm də müstəqilliklərini bərpa etdikdən sonra əməkdaşlıq edirlər. Ukrayna bizim əsas tərəfdaşlarımızdan biridir. Hər iki ölkənin icmaları, diaspor təşkilatları dövlət siyasətinin davamı olaraq birgə layihələr həyata keçirməlidir".

Azərbaycanın Ukrayna İcmasının sədri Yuri Osadçenko isə bildirib ki, bu gün Azərbaycan və Ukraynanın vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var: "Bizim ikitərəfli əlaqələrimiz uğurla və dinamik şəkildə inkişaf edir, qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, iqtisadi sahədə ikitərəfli əməkdaşlıq genişlənir və çox yaxşı perspektivlər var. Azərbaycan bizə çox yaxın və dost ölkədir. Bu cür ənənələri, artıq formalaşmış ikitərəfli münasibətləri nəzərə alaraq fəaliyyətimizi daha da gücləndirməliyik".

Görüşdə Azərbaycanın Ukrayna İcmasının sədr müavini Pyotr Qurtovenko və icmanın digər rəhbər şəxsləri, "Azərbaycan - Ukrayna" Beynəlxalq Alyansının Qadınlar Birliyinin sədri Sevinc Həsənova da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti