...

Azərbaycanda turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri yaradılacaq

Cəmiyyət Materials 1 Sentyabr 2016 20:10 (UTC +04:00)
Azərbaycanda turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri yaradılacaq.
Azərbaycanda turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri yaradılacaq

Bakı. Trend:

Azərbaycanda turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda nəzərdə tutulur.

Sərəncama əsasən Nazirlər Kabinetinə Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti