...

Ombudsman və əməkdaşları referendumu müstəqil müşahidəçi qismində izləyəcəklər

Cəmiyyət Materials 8 Sentyabr 2016 14:49 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumu müstəqil müşahidəçi qismində izləyəcəklər.
Ombudsman və əməkdaşları referendumu müstəqil müşahidəçi qismində izləyəcəklər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumu müstəqil müşahidəçi qismində izləyəcəklər.

Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, müvəkkil və Aparatın 40 əməkdaşı, o cümlədən Ombudsmanın regional mərkəzlərinin nümayəndələri referendumu müstəqil müşahidəçi qismində izləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti