...

"Beynəlxalq Bank işi" məhkəməsinə şahidlər məcburi gətiriləcək

Cəmiyyət Materials 9 Sentyabr 2016 12:34 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə vəkil Fəxrəddin Mehdiyev C.Hacıyevin indiyə qədər olan məhkəmə protokolları ilə tanış olmasına şərait yaradılması ilə bağlı vəsatət qaldırıb. Hakim bildirib ki, məhkəmə protokolları məhkəmə istintaqı başa çatandan sonra 3 gün ərzində təqdim olunacaq.

Sonra şahid qismində təqsirləndirilən şəxs Azad Cavadovun keçmiş həyat yoldaşının anası Emma Həsənova, A.Cavadovun keçmiş həyat yoldaşının qardaşı Ələkbər Həsənov, bankın Səbael filialının müdiri işləmiş Ehtiram Əliyev, Sabunçu filialının müdir müavini Niyaz Kərimzadə ifadə veriblər.

Digər şahidlər prosesə gəlmədiyi üçün məhkəmə onların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb.

Proses sentyabrın 14-də davam edəcək.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti