Bakı. Trend:
Azәrbaycan vәtәndaşlığına qәbul vә bәrpa edilmiş şәxslәrin bu gün Dövlәt Miqrasiya Xidmәtindә tәntәnәli andiçmә mәrasimi keçirilib.
Miqrasiya Xidmәtindәn Trend-ə verilən məlumata görə, vәtәndaşlığa qәbul edilmiş 45 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.
Görüşdә bildirilib ki, Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008-ci ildәn indiyәdәk 1682 nәfәr Azәrbaycan vәtәndaşlığına qәbul və bərpa edilib.
Bu müddәt әrzindә 61 min 473 şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.
Qeyd edək ki, Andiçmә “Azәrbaycan Respublikasının vәtәndaşlığı haqqında Qanun”a 2014-cü il 30 dekabr tarixdә әlavә edilmiş yeni mәzmunda 151-ci maddәyә әsasәn keçirilir.