...

Xəzər kənarında bu obyektlərin hasarlarına məhdudiyyət qoyulmayacaq - SİYAHI

Cəmiyyət Materials 22 Sentyabr 2016 09:05 (UTC +04:00)
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 20 sentyabr tarixli qərarına əsasən, Azərbaycanda dəniz kənarında hasarlarına məhdudiyyət qoyulmayan xüsusi əhəmiyyətli dövlət obyektlərinin siyahısı təsdiqlənib.
Xəzər kənarında bu obyektlərin hasarlarına məhdudiyyət qoyulmayacaq - SİYAHI

Bakı. Trend:

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 20 sentyabr tarixli qərarına əsasən, Azərbaycanda dəniz kənarında hasarlarına məhdudiyyət qoyulmayan xüsusi əhəmiyyətli dövlət obyektlərinin siyahısı təsdiqlənib.

Trend-in məlumatına görə, həmin obyektlərin siyahısına Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri), Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, su təchizatı sistemləri, Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu), müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri, xüsusi təyinatlı təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları, Silahlı qüvvələrin döyüş mövqeləri, idarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular, döyüş sursatlarının, partlayıcı, radioaktiv, kimyəvi, bakterioloji və zəhərli maddələrin istehsalı və saxlanılması müəssisələri, dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edən obyektlər, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları, gəmilər üçün yanalma körpüləri, mayaklar, Bakı Gəmiqayırma Zavodu, gəmi təmiri zavodları, Sumqayıt çirkab sutəmizləyici qurğusu (mövcud), Lökbatan çirkab sutəmizləyici qurğusu (mövcud), Bayıl Qəsri, Əl Oyunları Stadionu və Bakı Dəniz Vağzalının binası daxil edilib.

Qeyd edək ki, xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti