...

Binəqədidə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edildi (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2016 15:04 (UTC +04:00)
BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
Binəqədidə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edildi (FOTO)

Bakı. Trend:

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.

Təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.

Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülüb.

Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.

Səmimi keçən görüşdə evləri ziyarət olunan Binəqədi Rayon Bələdiyyəsi ərazisində yaşayan ahıl, professor-müəllim, milyonçu Hacınski nəslinin nümayəndəsi Məmmədov Əziz Bəşir oğlu, Xocəsən Bələdiyyəsi ərazisində yaşayan ahıl İsgəndərova Xədicə Ağalar qızı, Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində yaşayan ahıl, Böyük Vətən Müharibəsi veteranının həyat yoldaşı, azsaylı xalqların nümayəndəsi Çiçikova Zeytunya, M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində yaşayan ahıl Məmmədov Müti İbrahimxəlil oğlu, Biləcəri Bələdiyyəsi ərazisində yaşayan ahıl, uzun müddət dövlət qulluqçusu olmuş, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ələkbərova Əminəxanım onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışmış və belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırmışlar. Ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşmüş, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.

Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti