...

Yeni tələbə yataqxanasının inşasının başa çatacağı vaxt bilindi

Cəmiyyət Materials 7 Oktyabr 2016 15:27 (UTC +04:00)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nəsimi rayonu ərazisində yerləşən 7 yataqxanasından 6-sı sökülüb.
Yeni tələbə yataqxanasının inşasının başa çatacağı vaxt bilindi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nəsimi rayonu ərazisində yerləşən 7 yataqxanasından 6-sı sökülüb. Hazırda yalnız 900 nəfərlik tutuma malik olan bir bina sökülməmiş qalıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında universitetin rektoru Mustafa Babanlı deyib.

Onun sözlərinə görə, ilkin olaraq 1000 nəfər tələbə üçün nəzərdə tutulan yataqxananın inşasının 2018-ci ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır: “Hazırda layihə işlərinə baxılır. Təhsil Nazirliyinin ümumi rəhbərliyi ilə görüləcək işlərin maliyyə və ideya dəstəyi Heydər Əliyev Fonduna məxsusdur. Fond layihənin rəhbəridir. Gələcəkdə nəzərdə tutulur ki, həmin yataqxananın böyük hissəsi ADNSU tələbələrinə veriləcək. Belə deyək ki, yataqxananın 60 faizi ADNSU-nun, 30 faizi digər ali məktəblərin, 10 faizi isə imtiyazlı və imkansız tələbələrə veriləcək. Bu gün tələbələr tək yaşamağa üstünlük verirlər. Bunu da nəzərə alıb yeni tikiləcək yataqxanada VİP otaqlar da olacaq. Etiraf edək ki, yüksək təbəqinin övladları bu gün ADNSU-nu seçir. Çünki universitetimiz əcnəbilər üçün də böyük maraq doğurur. Burada yerli və xarici tələbələrin birgə yaşamasını təmin edəcəyik. Təbii ki, heç bir ölkədə yataqxanalar pulsuz olmur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti