Bakı. Trend:
Oktyabrın 15-də öz ad günündə Excelsior Hoteldə tanınmış azərbaycanlı vizajist İlahə Hacıyeva make-up-seminar keçirdi.
Vizajist seminarda Bakının aparıcı vizaj ustalarına sadə, gündəlik, gecə və ərəb makiyajlarının yeni, peşəkar vizaj texnikalarını təqdim etdi. Təqdim olunan vizaj texnikaları seminar iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Belə ki, bir-birindən fərqli makiyaj obrazlarının hər biri stil və görünüşü ilə yadda qalan və ecazkarlığı ilə seçilirdi.
Seminar haqqında aşağıda təqdim olunan video və fotolardan tanış ola bilərsiniz.
Bu tədbirdə iştirak edə bilməyənlər heç də kədərlənməsinlər. Belə ki, vizajist İlahə Hacıyeva “Ilaha Hajiyeva Make-Up Studio” seminrlarına noyabr ayında star verəcək. İştirak etmək istəyənlər aşağıda qeyd edilən nomrələrə zəng edərək seminara yazıla bilərlər: +994504779969, +994504779979 и +994515118986.
“Ilaha Hajiyeva Make-Up Studio”sı Afiyəddin Cəlilov küçəsi 26-da yerləşir (Meqafun Əyləncə Mərkəzinin arxası).
“Ilaha Hajiyeva Make-Up Studio”- nın fəaliyyəti haqqında daha ətraflı məlumat üçün sosial şəbəkələr olan Facebook və Instagram səhifələrindən əldə edə bilərsiniz.