...

Yağış suları 9 avtobusun hərəkətində dəyişikliyə səbəb oldu

Cəmiyyət Materials 25 Oktyabr 2016 19:01 (UTC +04:00)
Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib.
Yağış suları 9 avtobusun hərəkətində dəyişikliyə səbəb oldu

Bakı. Trend:

Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlum olduğu kimi, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişiklik edilib. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti