...

Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 Noyabr 2016 15:57 (UTC +04:00)
Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.
Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq.

Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır. Buna paralel olaraq tikinti layihəsi çərçivəsində hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və hazır hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 60 min m2 ərazisinin asfaltlanması nəzərdə tutulub.

Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti