...

Təklif: Dövlət ali məktəbləri vergiyə cəlb edilsin (YENİLƏNİB)

Cəmiyyət Materials 1 Dekabr 2016 12:52 (UTC +04:00)
Hesablama Palatası dövlət ali təhsil müəssisələrinin mənfəət və əmlak vergisinə cəlb edilməsini zəruri hesab edir.
Təklif: Dövlət ali məktəbləri vergiyə cəlb edilsin (YENİLƏNİB)

Bakı. Trend:

Hesablama Palatası dövlət ali təhsil müəssisələrinin mənfəət və əmlak vergisinə cəlb edilməsini zəruri hesab edir.

Trend-in məlumatına görə, bu təkliflə parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədovun sözlərinə görə, dövlət ali təhsil müəssisələri qanunvericiliyə uyğun olaraq öz öhdəlikləri və gərlirlər barədə bəyannamələr təqdim etmirlər: "Hesab edirik ki, dövlət ali təhsil müəssisələri öz gəlirlərini bəyan etməli və onlarda qalan azad vəsaitlər vergiyə, xüsusilə mənfəət və əmlak vergisinə cəlb olunmalıdır. ”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti