Azərbaycan əlilliyi olan şəxslərin sosial-iqtisadi müdafiəsində fəal siyasətə malikdir (FOTO)

Azərbaycan əlilliyi olan şəxslərin sosial-iqtisadi müdafiəsində fəal siyasətə malikdir   (FOTO)

Bakı. Trend:

3 Dekabr - Beynəlxalq Əlillər günüdür

Azərbaycan əlilliyi olan şəxslərin sosial-iqtisadi hüquq və azadlıqlarının təmin olunması sahəsində fəal siyasətə malikdir. Azərbaycanın sosial dövlət statusunun əsas xüsusiyyətlərindən biri də ölkədə əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin olunması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsidir. Ümummilli liderimiz Heydər Əliyevin əlilliyi olan olan insanlara diqqət və qayğısı əsasında formalaşan bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir və həmin insanların sosial müdafiəsinə, tibbi-sosial reabilitasiyasına yönələn tədbirlər ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı ölkəmizdə icra olunan mühüm sosial proqramlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin daha da güclənməsinə imkan yaradıb. Sərəncamın icrası işlərinin davamı olaraq, keçən il və cari ilin ötən dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 539 nəfər, o cümlədən 283 nəfər Qarabağ müharibəsi əlili, 256 şəhid ailəsi mənzillə təmin olunub. 2015-ci ilin dekabr ayında isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 132 mənzilli yaşayış binası gözdən əlillərə təqdim edilib. Beləliklə də ötən dövrdə nazirlik tərəfindən 5500 nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 75 faizini əlilliyi olan şəxslər, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlillər təşkil edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarının icrası olaraq, 2014-2015-ci illərdə və cari ilin ötən dövründə 2063 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə nazirlik tərəfindən “Naz-LİFAN” markalı minik avtomobili təqdim olunub. Bununla da indiyədək 5900 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs dövlət büdcəsi hesabına avtomobillə təmin edilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinət və əmək pensiyası ödənilənlərin 36 faizə qədərini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilənlərin 71 faizini əlilliyi olan şəxslər təşkil edir. Ötən dövrdə olduğu kimi, cari ildə də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanları və Sərəncamı ilə bu sosial ödənişlərin məbləğinin növbəti dəfə artırılması təmin olunub. Ümumilikdə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, cari ilin 9 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artırılıb. Eləcə də son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfəyə yaxın artıb. Əlilliyi olan insanların bir hissəsi də müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdir. Həmin şəxslərə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləği ötən dövrdə I qrup əlillər üçün 83,3 faiz, II qrup əlillər üçün 104,3 faiz, III qrup əlillər üçün isə 120 faiz artırılıb. Bununla yanaşı, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin ümumilikdə 16,4 min nəfərdən çox uşağı aylıq sosial müavinətlə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslər hər il müalicə üçün birdəfəlik müavinətlə təmin edilirlər.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər üçün ölkəmizin bütün ərazisini əhatə edən 15 bərpa-müalicə müəssisəsi, o cümlədən Protez-Ortopedik Bərpa Mərkəzi və Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Cari ilin yanvar-oktyabr aylarında həmin müəssisələrdə 19 400 nəfərdən çox əlilliyi olan şəxsə müvafiq xidmətlər, o cümlədən 6 900 nəfər əlil şəxsə bərpa-müalicə xidmətləri, 12 511 nəfər əlilliyi olan şəxsə isə protez-ortopedik xidmətlər göstərilib. Bu dövrdə əlilliyi olan şəxslərə ümumilikdə 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 1 108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 1 145 ədəd aşağı və yuxarı ətraf ortezi, 946 ədəd aşağı və yuxarı ətraf protezi və s.) verilib. Ölkəmizin bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada da protez-ortopedik xidmətləri göstərilir. Əlilliyi olan şəxslərin xarici ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində məqsədyönlü işlərin davamı olaraq, keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub.

Nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr şərçivəsində 2 mindən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir ki, onların əksər qismini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Azərbaycanda əlilliyi olan şəxslərə dövlət qayğısı respublikada paralimpiya hərəkatının hərtərəfli dəstəklənməsində də öz əməli təsdiqini tapır. 2008-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda paralimpiyaçılar üçün beynəlxalq standartlara uyğun şəkildə Paralimpiya İdman Kompleksi istifadəyə verilib.

Paralimpiyaçılarımız bütün beynəlxalq səviyyəli idman tədbirlərində olduğu kimi, cari ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında da uğurla çıxış ediblər. Bu Oyunlarda 24 paralimpiyaçımız biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medal olmaqla 11 medala sahib olublar. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsində, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasında Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər aparılır. Son illərdə Fondun dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində gözdən əlil şəxslər və görmə qabiliyyəti zəif insanlar üçün Regional İnformasiya Mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaz-yay mövsümündə əlilliyi olan şəxslərin istirahətinin təşkili tədbirləri cari ildə də davam etdirilib. Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, bu ilin yaz-yay mövsümündə 1015 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə respublikanın bölgələrindəki sağlamlıq və istirahət mərkəzlərinə istirahətə göndərilib.

Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi tədbirlərinin davamı olaraq, cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlavə olaraq 502 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən ölkəmizdə dövlət səviyyəsində icra edilən özünüməşğulluq proqramında əlilliyi olan şəxslərin də iştirakı təmin olunur. Bu qəbildən olan insanların peşə reabilitasiyası da diqqətdə saxlanılır. 2016-cı ilin yanvar-oktyabr aylarında nazirliyin xətti ilə 3 242 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, onlardan 410 nəfəri əlilliyi olan şəxslər olub.

2013-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu sahədə imkanların genişlənməsinə səbəb olub. Cari ilin 01 dekabr tarixinədək Mərkəzdə 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib. Burada təlim müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilir, sosial reabilitasiya tədbirlərinə cəlb olunurlar. Hazırda gözdən əlil insanların peşə və ümumən sosial reabilitasiyasının daha dolğun şəkildə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir.

Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi məqsədilə nazirlik tərəfindən ənənəvi olaraq ümumrespublika səviyyəli tədbirlər təşkil olunur.
Ölkəmizin əmək və məşğulluq sahəsində qanunvericilik aktlarında əlilliyi olan şəxslərlə bağlı bir sıra güzəşt və imtiyazlar yer alıb. Ümumilikdə bu gün Azərbaycan əlilliyi olan şəxslərin sosial-iqtisadi hüquq və azadlıqlarının təmin olunması sahəsində fəal siyasətə malik bir ölkədir. BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasına qoşulan ölkəmizdə əlillərlə bağlı qanunvericilik bazası bu Konvensiyanın prinsipləri əsasında daim təkmilləşdirir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun layihəsi, həmçinin «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihəsi hazırlanıb, geniş ictimai müzakirələrlə təkmilləşdirilib. Qeyd olunan Konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin hesabatı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında müsbət dəyərləndirilib.

Azərbaycanda sosial siyasət kursunun ildən-ilə güclənməsi şəraitində əlilliyi olan şəxslərin sosial təminatının, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması tədbirləri də uğurla davam etdiriləcəkdir.

Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Loading Bars
Xəbər lenti
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
Bütün xəbərlər