...

Akif Çovdarovun həbs etdirdiyi şəxslə bağlı bəraət hökmü dəyişmədi

Cəmiyyət Materials 13 Dekabr 2016 15:09 (UTC +04:00)
Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Fuad Nəcəf barəsində çıxarılan bəraət hökmünü qüvvədə saxlayıb.
Akif Çovdarovun həbs etdirdiyi şəxslə bağlı bəraət hökmü dəyişmədi

Bakı. Samir Əli - Trend:

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Fuad Nəcəf barəsində çıxarılan bəraət hökmünü qüvvədə saxlayıb. Bu barədə Trend-ə F.Nəcəfin vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, F.Nəcəf ləğv edilmiş MTN-in həbsdə olan sabiq idarə rəisi Akif Çovdarovun sifarişi ilə həbs edilib: "O, Cinayət Məcəlləsinin 234.1-ci(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə ittiham olunurdu. İlkin istintaq-əməliyyat tədbiri MTN-nin əməkdaşları İbrahimov Elnur, Ələkbərov Yunis və Səfərov Əfqan tərəfindən həyata keçrilib. Həmin əməkdaşlar hüququnu müdafiə etdiyim şəxsi döyərək yaşadığı mənzilə aparmış və bir müddət axtarış apardıqdan sonra 13 saylı MKİS-nə zəng edərək iki nəfər hal şahidinin göndərilməsini tələb ediblər. Məhkəmə istintaqı zamanı keçmiş MTN-nin əməkdaşları tərəfindən çağrılmış hal şahidləri ifadələrində göstərmişlər ki, mənzilə daxil olan zamanı əməlliyat müvvəkili E.İbahimov əlində bükülünü göstərərək içərisində narkotik maddə olan kokain olduğunu və təqsirləndirilən şəxsin üzərindən çıxdığını deyib.
Bundan başqa, keçmiş MTN-nin əməkdaşları tərəfindən hüquqlarını müdafiə etdiyim şəxsi öz mənzilinə döyərək gətirdikləri zaman sonuncunun evinin giriş hissəsində olan müşahidə kamerası olanları qeydə almışdı. Həmin çəklişdən də görünür ki, tutulan şəxsin üzərinə baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçirilib. Eyni zamanda müşahidə kamerasının qeydə aldığı çəkilişdən də görünür ki, Nəcəf Fuad Valeh oğlunun gözünün altı zərbədən qançır olub".

A.Məmmədov deyib ki, cinayət işi ilə bağlı Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə F.Nəcəfə bəraət hökmü çıxarılsa da, prokurorluq hökmdən apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Prokurorluq qərardan kassasiya protesti versə də, bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Ali Məhkəmənin qərarı ilə prokurorluğun protesti rədd edilib və bəraət qüvvədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti