...

Rusiya KİV-ləri Azərbaycanda əmək və sosial müdafiə sahəsi haqqında yazıb (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2016 16:17 (UTC +04:00)
Əmək və sosial müdafiə sahəsində idarəetmə və xidmətlər sisteminin müasir innovasiyar əsasında qurulması, bu sahədə avtomatlaşdırılmış sistemlərin yaradılması Rusiya mətbuatı tərəfindən də maraqla qarşılanıb.
Rusiya KİV-ləri Azərbaycanda əmək və sosial müdafiə sahəsi haqqında yazıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında əmək və sosial müdafiə sahəsində idarəetmə və xidmətlər sisteminin müasir innovasiyar əsasında qurulması, bu sahədə avtomatlaşdırılmış sistemlərin yaradılması Rusiya mətbuatı tərəfindən də maraqla qarşılanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiyanın nüfuzlu KİV-lərindən olan “Arqumentı i faktı”, “Finmarket” və “TASS” media orqanlarında bu mövzuda yazılar dərc edilərək, Azərbaycanda əmək və sosial müdafiə sahəsində müasir texnologiyaların geniş şəkildə tətbiqindən bəhs edilib, Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə malik olduğu vurğulanıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında Rusiya Hökumətinin sədr müavini Olqa Qolodetsin Azərbaycana səfəri çərçivəsində ƏƏSMN-də onunla keçirilən görüşdə əmək müqavilələrinin elektron qeydiyyatı sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsinə böyük maraq ifadə olunub. Bununla əlaqədar Rusiya Sosial Sığorta Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətində Fondun əməkdaşları üçün nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemləri barədə seminarın təşkil edilməsi xahiş olunub.

Bu məqsədlə ötən ay Rusiya Sosial Sığorta Fondunun sədr müavini Aleksey Polikaşindən və departament rəhbərləri, digər məsul şəxslərindən, habelə Rusiyanın ayrı-ayrı tanınmış KİV-lərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti üçün nazirlikdə seminar təşkil olunaraq, müvafiq fəaliyyət sahələrində avtomatlaşdırılmış sistemlərə (Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi və s.) dair təqdimatlar edilib.

“Arqumentı i faktı”da təqdim edilən “Elektron əmək kitabçası. Kim bu sahədə Rusiyaya kömək edəcək?” başlıqlı yazıda Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsə istinadən qeyd olunur ki, yaxın yarımildə Rusiyada da əmək müqavilələrinin elektron qeydiyyat sisteminin tətbiqinə başlana bilər. Müəllif bu sistemin tətbiqinin əmək münasibətləri sahəsində əhəmiyyətindən bəhs edərək, onun eyni zamanda leqal məşğulluq səviyyəsinin artmasına imkan verəcəyini diqqətə çatdırır. Müəllif bu sistemin Rusiyada tətbiqi üçün müvafiuq təcrübənin hansı ölkədən əldə olunacağı sualına cavab kimi Azərbaycanı qeyd edərək yazır: “Əmək müqavilələrinin elektron qeydiyyat sistemi unikal bir sistemdir və Azərbaycandan - bizim üçün əziz olan qonşu ölkədən başqa dünyada heç bir yerdə belə bir sistem mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sistemlə bağlı təcrübəsini artıq rusiyalı həmkarları ilə bölüşdü”.

Məqalədə əmək qanunvericiliyinin həm işəgötürənlər, həm də işçilər tərəfindən tam və dürüst icrası, işçilərin hüquqlarının təmin olunması, əmək bazarının təhlilinin aparılması, proqnozlaşdırılması, sosial sığorta sisteminin səmərəli fəaliyyəti və s. baxımından əmək müqavilələrinin elektron qeydiyyat sisteminin önəmindən geniş bəhs olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərinin bu elektron sistemin funksional imkanlarına dair təqdim etdiyi məlumatlar, eləcə də sistemin işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə, iş yerinə dair elektron formada arayış formalaşdırmağa imkan yaratdığı və s. diqqətə çatdırılır. Rusiya Sosial Sığorta Fondunun sədri Aleksey Polikaşinin “Fonumuz Azərbaycanın bu sahədə qabaqcıl təcrübəsini öyrənərək Rusiyada sığorta ödənişlərinin hesablanması üzrə elektron sistemin optimallaşdırılmasını və bununla da əhaliyə xidmətin keyfiyyətinin maksimum artırılmasını planlaşdırır” fikri təqdim olunur.

“Finmarket” saytında dərc olunmuş məqalədə Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyatı mexanizminin önəmi, habelə sosial təminat sisteminin avtomatlaşdırılmasının üstünlükləri qeyd olunur. Məqalədə Azərbaycan Respublikasının nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlərə istinad olunaraq, qeyd olunur ki, yaradılan avtomatlaşdırılmış sistemlər əhaliyə xidmət sahələrində məmur-vətəndaş kontaktlarının mimmallaşdırılmasına və şəffaflığın təminatına səbəb olub. Həmçinin pensiya və sosial yardım sistemləri elektron sistemlər əsasında tam şəffaflaşdırılıb. Ölkədə əmək müqavilələrinin elektron bazası 2014-cü ilin iyulunda və sistemə giriş “Elektron Hökumət” portalı vasitəsilə həyata keçirilir. Hər hansı əmək müqaviləsi, ona dətyişiklik edilməsi və ya xitam verilməsi həmin gün müvafiq bildiriş formasında bu sistemdə qeydiyyatdan keçirilmədən hüquqi qüvvəyə minə bilməz. Sistemə daxil edilən bütün əmək müqavilələrində isə işçilərin vəzifəsi və əmək haqqı, habelə onlara ödənilən mükafatlar, illik gəliri və s. əksini tapır.

Məqalədə bu elektron sistemin əmək bazarına effektli şəkildə və çevik formada və səmərəli şəkildə nəzarət etmək, əmək bazarında baş verən prosesləri, habelə işəgötürənlər tərəfindən işçi hüquqlarının təmin edilməsi vəziyyətini obyektiv şəkildə qiymətləndirmək imkanı verdiyi, əmək hüquqlarının təminatı üçün dolğun hüquqi əsas yaratdığı konkret detallar əsasında diqqətə çatdırılır. Yazıda həmçinin Azərbaycanda işsizlikdən sığorta sisteminin yaradılması işlərinin də aparıldığı barədə məlumat verilir, onun mahiyyət və məqsədindən, eləcə də sığorta-pensiya sisteminin təkmilləşdirilməsi işlərinin davamı kimi nəzərdə tutulan islahatlardan bəhs olunur.

Bu fikir Rusiyanın “TASS” İnformasiya Agentliyinin dərc etdiyi yazıda da təqdim olunur. “Rusiya Sosial Sığorta Fondu sığorta ödənişi sistemini makisimal səviyyədə avtomatlaşdırmağı planlaşdırır” adlı yazıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə toxunulur, cari ilin 9 ayında həmin e-xidmətlərdən 4,5 milyon dəfə istifadə edildiyi, bunun da həmin dövrdə ölkədə “Elektron hökumət”dən ümumi istifadənin 37 faizni təşkil etdiyi qeyd olunur.

Müəllif həmçinin əmək müqavilələrinin elektron qeydiyyat sistemindən bəhs edərək, istifadəyə verildiyi 2014-cü ilin iyulundan cari il oktyabr ayına qədər olan dövrdə həmin sistemə 6 milyon dəfədən çox müraciət olunduğunu, Azərbaycanın avtomatlaşdırlmış sistemlərinin öyrənilməsi əsasında Rusiyada müvafiq sahələrdə, xüsusən sığorta ödənişləri üzrə xidmətlərin keyfiyyətinin artırılmasının nəzərdə tutulduğunu vurğulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti