...

Sabunçuda küçədən tapılan 1 aylıq uşaq körpələr evinə təhvil verildi

Cəmiyyət Materials 19 Dekabr 2016 12:49 (UTC +04:00)
Sabunçu rayonunda küçədən tapılan 1 aylıq körpə uşaq körpələr evinə təhvil verilib
Sabunçuda küçədən tapılan 1 aylıq uşaq körpələr evinə təhvil verildi

Bakı. Samir Əli - Trend:

Sabunçu rayonunda küçədən tapılan 1 aylıq uşaq körpələr evinə təhvil verilib. Bu barədə Trend-ə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən məlumat verilib.

Məlumatda bildirilir ki, uşağı bölmə əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi, ev 22 A-nın qarşısında tapıblar. Dərhal hadisə yerinə həkim briqadası çağırılıb və uşaq həkimlər tərəfindən təhvil götürülərək müayinə edilib. Müayinələrdən sonra uşaq 1 saylı körpələr evinə təhvil verilib.

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır. Hələlik körpənin valideynləri müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti