...

TRT-1-in Azərbaycanda yayımı bərpa olunur - Yanvarda

Cəmiyyət Materials 27 Dekabr 2016 17:38 (UTC +04:00)
Türkiyənin TRT-1 telekanalının Azərbaycanda yayımı bərpa oluna bilər.
TRT-1-in Azərbaycanda yayımı bərpa olunur - Yanvarda

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin TRT-1 telekanalının Azərbaycanda yayımı bərpa oluna bilər.

Bu barədə Trend-ə TRT-nin Bakı nümayəndəliyindən bildiriblər.

Nümayəndəlikdən deyiblər ki, telekanalın gələn ilin yanvar ayında rəqəmsal yayımı gözlənilir:

"Hazırda danışıqlar aparılır, müvafiq sənədlərin imzalanacağı gözlənilir".

Qeyd edək, rəqəmli yayımla bağlı müqaviləsi olmadığına görə noyabrın 1-dən TRT-1-in Azərbaycanda yayımı dayandırılıb.

Xatırladaq ki, noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si isə bölgələrdə analoq TV yayımı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti