...

Ötən il 12 standart dövlət qeydiyyatına alınıb

Cəmiyyət Materials 16 Yanvar 2017 15:21 (UTC +04:00)
Ötən il Azərbaycanda 12 standart dövlət qeydiyyatına alınıb.
Ötən il 12 standart dövlət qeydiyyatına alınıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 12 standart dövlət qeydiyyatına alınıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı ildə görülən işlərə dair hesabatda deyilir.

Texniki tənzimləmə sisteminə keçidlə bağlı hazırlanmış “Standartlaşdırma haqqında” aanunun yeni versiyasının layihəsi də aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

İl ərzində 12 standart işlənib, dövlət qeydiyyatına alınmışdır.

Hesabat ilində “Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” və “Yol nəqliyyatının standartlaşdırılması” üzrə yeni Texniki komitələr yaradılıb.

Bundan başqa, BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında 75 dövlət standartı təsdiq edilərək standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilib. Komissiyanın qaydaları əsasında hazırlanıb və təsdiq olunmuş 7 dövlət standartı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının “Standartlaşdırma üzrə 2017-2019-cu illər üçün İşlər Planı”nın layihəsi hazırlanıb. Bu planda yeni standartlarların işlənməsi ilə yanaşı texniki normativ sənədlər fonduna daxil olan milli standartların dövri yoxlamadan keçirilməsi də nəzərdə tutulub.

Həmçinin ötən il lisenziyalı fəaliyyətlə məşğul olmaq üçün 327 sahibkara təsdiqedici sənəd verilib ki, bunlardan 175 ədədi tibb, 152-si ədədi əczaçılıq fəaliyyəti üzrə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti