...

Səyyar ASAN xidmət yeni məntəqələrdə

Cəmiyyət Materials 31 Yanvar 2017 13:03 (UTC +04:00)
Səyyar ASAN xidmət yeni məntəqələrdə vətəndaşlara səyyar xidmət göstərəcək.
Səyyar ASAN xidmət yeni məntəqələrdə

Bakı. Trend:

Səyyar ASAN xidmət 1-15 fevral Cəlilabad, Göygöl, Hacıqabul, Oğuz şəhərlərində, 1-10 fevral Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində, 1-20 fevral Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 fevral-1 mart Mingəçevir və Quba şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

Bundan başqa, Səyyar “ASAN qatar” 1 fevral tarixindən etibarən 15 gün müddətində Qazax şəhərində vətəndaşların xidmətində olacaq. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti