...

Fərid Şahbazlı: Dövlətimizin etimadına layiq olmağa çalışmalıyıq

Cəmiyyət Materials 2 Fevral 2017 14:17 (UTC +04:00)
"Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir".
Fərid Şahbazlı: Dövlətimizin etimadına layiq olmağa çalışmalıyıq

Bakı. Trend:

"Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir".

Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır.

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla, dövlətin idarəçiliyində yaxından iştirak edirlər. 2 fevral Gənclər Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir.

Bu fikirləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral Gənclər Günü ilə bağlı deyib.

F.Şahbazlının sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi: "Gəncliyimizin inkişafına yönələn bu siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkə gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Azərbaycan gəncliyi daim dövlətçilik maraqlarndan çıxış edib, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimada layiq olmağa çalışacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti