...

Gənclər Fondunun Müşahidə Şurasına seçkilər elan edilib

Cəmiyyət Materials 9 Fevral 2017 18:41 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasına seçkilər elan edilib.
Gənclər Fondunun Müşahidə Şurasına seçkilər elan edilib

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni heyətinə seçkilər elan edilib.

Gənclər Fondunun Nizamnaməsinə əsasən Müşahidə Şurasının üzvlərinin 5-i müvafiq dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edirlər.

Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır.

Yığıncaqda iştirak etmək və namizədləri irəli sürmək üçün gənclər təşkilatları fevralın 16-dək Gənclər Fonduna ərizə ilə müraciət edə bilərlər.

Daha ətraflı məlumatı Gənclər Fondunun rəsmi saytından (http://youthfoundation.az) əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti