...

İsveçrədə Xocalı soyqırımı qurbanları anılıb (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2017 19:55 (UTC +04:00)
İsveçrənin Bazel şəhərindəki “Union” tədbir zalında “Xocalıya ədalət” devizi altında anım tədbiri keçirilib.
İsveçrədə Xocalı soyqırımı qurbanları anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə İsveçrənin Bazel şəhərindəki “Union” tədbir zalında “Xocalıya ədalət” devizi altında anım tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir zamanı iştirakçılara ilkin olaraq Azərbaycan barədə geniş məlumat verilib, müxtəlif video roliklər göstərilib, daha sonra isə “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanıb, Xocalı soyqırımından bəhs edən film iştirakçılara təqdim edilib.

Bundan əlavə, İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə xüsusi hazırlanmış tamaşa göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti