...

Danil Qaliskov adına Lvov Milli Tibb Universitetinin rektoru “Dostluq” ordeni ilə təltif edilib (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2017 11:34 (UTC +04:00)
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov ilə Danil Qaliskov adına Lvov Milli Tibb Universitetinin rektoru Boris Zimenkovskiy arasında keçirilən görüşdə təhsil sahəsində əlaqələrin inkişafı müzakirə edilib.
Danil Qaliskov adına Lvov Milli Tibb Universitetinin rektoru “Dostluq” ordeni ilə təltif edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov ilə Danil Qaliskov adına Lvov Milli Tibb Universitetinin rektoru Boris Zimenkovskiy arasında keçirilən görüşdə təhsil sahəsində əlaqələrin inkişafı müzakirə edilib.

Trend-in məlumatına görə, görüşdə Alyansın sədri Elmar Məmmədov bildirib ki, Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur. Təhsil sahəsində də əlaqələr getdikcə inkişaf edir.

Rəhbərlik etdiyi universitetdə azərbaycanlı tələbələrin də təhsil aldığını deyən rektor Boris Zimenkovskiy bildirib ki, iki ölkə arasında təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac var. Xüsusilə, bölgə təhsil ocaqları arasında ikitərəfli əlaqələr gücləndirilməlidir.

Görüşün sonunda Danil Qaliskov adına Lvov Milli Tibb Universitetinin rektor Boris Zimenkovskiy Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın “Dostluq” Ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti