...

Azərbaycanlı gimnast Dünya kubokunda finala çıxıb (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2017 14:38 (UTC +04:00)
Azərbaycanlı tamblinqçi Mixail Malkin batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda finala çıxıb.
Azərbaycanlı gimnast Dünya kubokunda finala çıxıb (YENİLƏNİB) (FOTO)

Bakı. Ənvər Məmmədov, Maksim Tsurkov - Trend:

Azərbaycanlı tamblinqçi Mixail Malkin batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda finala çıxıb.

Trend-in məlumatına görə, o, 66,800 xalla dördüncü nəticə göstərərək finala vəsiqə qazanıb.

M.Malkin təsnifatın nəticələrindən çox razı qaldığını deyib:

“Mən minimal tapşırığı yerinə yetirdim və finala çıxdım. İndi istirahət etməyi planlaşdırıram. Sabah isə ən yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq”.

O, xüsusi olaraq azarkeşlərə də minnətdarlığını bildirib:

“Bu cür güclü dəstəyə, mənim üçün plakat hazırladıqlarına görə onlara təşəkkürümü bildirirəm. Bir qədər həyəcan var idi, çünki dostlarımın və yaxınlarımın məni dəstəkləməyə gələcəklərini bilirdim. Mən çox şadam ki, onları sevindirə bildim”.

M.Malkin qeyd edib ki, bu yarışlarda möhtəşəm hisslər keçirib:

“Dünyanın heç bir yerində mən Bakıda olduğu kimi baxımlı yarışlar görməmişəm”.

Birinci yeri rusiyalı idmançı Qriqori Noskov tutub. O, 73,300 xalla finala çıxıb. Böyük britaniyalı idmançılar Kallum Malham (69,700 xal) və Elliot Braun (66,900 xal) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Bundan başqa, finala Özbəkistan nümayəndəsi Şəvkətcan Conibekov və Murodcan İsakov, eləcə də qazaxıstanlı gimnastlar Zühriddin İmamov və Rüstəm Yussupov da vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti