...

Akademik: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək

Cəmiyyət Materials 21 Fevral 2017 16:39 (UTC +04:00)
Azərbaycanın dövlət idarəçiliyində qadının da yüksək səviyyədə iştirak etməsi demokratik dövlət quruculuğunun mühüm göstəricisidir.
Akademik: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın dövlət idarəçiliyində qadınların da yüksək səviyyədə iştirak etməsi demokratik dövlət quruculuğunun mühüm göstəricisidir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini çox mühüm hadisə hesab edir.

O qeyd edib ki, Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, inkişaf etməsi istiqamətində olduqca əhəmiyyətli addımdır.

Akademik bildirib ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti