...

"Gənc istedadlar” liseyində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2017 15:38 (UTC +04:00)
“Gənc istedadlar” liseyi və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
"Gənc istedadlar” liseyində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib   (FOTO)

Bakı. Trend:“

“Gənc istedadlar” liseyi və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, müəllim və şagird heyətinin iştirak etdiyi konfransı açan direktor, professor Qasım Hüseynov liseydə reallaşan bu səpkili tədbirlərin şagirdlərin Azərbaycan tarixini, xalqımızın yaşadığı faciələri dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova “Xocalı soyqırımının tanınması Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərindən biridir”, Azərbaycan tarixi kafedrasının dosenti Nuru Məmmədov “Xocalı soyqırımı bəşəri cinayətdir” mövzusunda məruzələrlə çıxış ediblər.

Xocalı hadisələrinin şahidi Nazim Hüseynov bu soyqrımının bəşər tarixində misli görünməmiş tarixi cinayət olduğunu bildirib.

Tədbir “Gənc istedadlar” liseyi şagirdlərinin çıxışları ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti