...

Külli miqdarda aksiz markasız siqaretin ölkəyə gətirilməsinin qarşısı alındı

Cəmiyyət Materials 16 Mart 2017 10:33 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Nazlifan LF7132/2-320" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Külli miqdarda aksiz markasız siqaretin ölkəyə gətirilməsinin qarşısı alındı

Bakı. Samir Əli - Trend:

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Nazlifan LF7132/2-320" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti