...

NƏHAYƏT - Yusif Səfərov küçəsinin açılacağı TARİX bilindi (FOTO/VİDEO)

Cəmiyyət Materials 6 Aprel 2017 17:06 (UTC +04:00)
Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 metrlik hissədə təmir işləri başa çatmaq üzrədir.
NƏHAYƏT - Yusif Səfərov küçəsinin açılacağı TARİX bilindi (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 metrlik hissədə təmir işləri başa çatmaq üzrədir.

Bu barədə özəl olaraq Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək yeni asfalt örtüyü döşənir. Ümumilikdə küçənin 25 min kvadratmetr sahəsi asfaltlanacaq.

A.Nəcəfli bildirib ki, asfaltlama işləri artıq yekunlaşmaq üzrədir. Ərazidə yolcizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Yolda təmir işləri həftənin sonuna qədər yekunlaşacaq və yeni yol sürücülərin istifadəsinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti