Binəqədidə Milli Qəhrəman Alı Mustafayevin xatirə lövhəsi açılıb (FOTO)

Binəqədidə Milli Qəhrəman Alı Mustafayevin xatirə lövhəsi açılıb (FOTO)

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 14 aprel 2017-ci il tarixdə əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Elşad Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Teymur Bünyadov, Azərbaycan Texniki Universitetinin prorektoru, "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədri İlham Pirməmmədov, “Şərq” qəzetinin redaktoru Akif Aşırlı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, Milli Qəhrəman Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva və ailə üzvləri, tanınmış ziyalılar, şairlər, yazıçılar, KİV nümayəndələri, rayon ictimaiyyəti və QHT nümayəndələri iştirak ediblər.

Öncə Milli Qəhrəman Alı Mustafayevin 65 illik yubileyi münasibətilə hazırlanmış barelyefin üzərindən örtük götürülüb.

Tədbiri giriş sözü ilə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq Milli Qəhrəman, şəhid jurnalist Alı Mustafayevin şərəfli həyat yolu və mətbuatdakı fəaliyyəti barədə danışıb.

Tədbirdə çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, Alı Mustafayev Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdəndir. Alı Mustafayev Qarabağ münaqişəsi başlayandan bu problemin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən hərbi əməliyyatların gedişi barədə televiziya reportajları hazırlayıb: “Onun necə jurnalist olduğunu cəmiyyət tanıyır. 1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olub”.

Tədbirdə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Teymur Bünyadov, Azərbaycan Texniki Universitetinin prorektoru, "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədri İlham Pirməmmədov, tələbə yoldaşları və dostları çıxış edərək Alı Mustafayevin nəsillərə örnək olan ömür yolundan və poetik yaradıcılığından söhbət açıblar.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirdə çıxış edərək qeyd edib ki, Alı Mustafayev erməni millətçilərinin hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanıb. Heç şübhəsiz ki, bu rəğbət və hörmətin göstəricisidir ki, gənc nəsil Alı kimi Milli Qəhrəmanlarını daim yad edir, onların əziz xatirəsini hər zaman uca tutur. Xaləddin İsgəndərov vurğulayıb ki, məhz Milli Qəhrəmanlarımızın şərəfli həyat yolu, igidliyi, mərdliyi, şücaəti, qəhrəmanlığı Azərbaycan gəncliyi üçün böyük örnək və stimuldu. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusunun gücü, qüdrəti günü-gündən artır. Azərbaycan Silahlı Qüvvələrinin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurur. Cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə hazırdı. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında istənilən an torpaqlarımızı düşməndən azad etmək iqtidarındadır.

Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva xatirələrini danışıb, Binəqədi Rayon İcra Hakimiyyətinə və tədbirin digər təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində əməkdar artist Sabir Məmmədovun və 115 və 179 saylı orta məktəblərin şagirdlərinin ifasında şeirlər səsləndirilib, kompazisiya nümayiş olunub.

Sonda rayonun ictimai-siyası həyatında fəal iştiraklarına görə Milli Məclisin üzvü Azay Quliyevə, barelyefin müəllifi Azad Əliyevə və iş icraçısı Vüsal Əyyubova Fəxri Fərman təqdim olunub.

Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
AccessBank-da iş var
AccessBank-da iş var
Loading Bars
Xəbər lenti
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (VİDEO)
Azərbaycanda 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin EBITDA üzrə gəliri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub
MDU Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir (FOTO)
Bakıda küçədə döyülən şəxs xəstəxanada öldü
Azərbaycanda sığorta sektorunda yeniliklər planlaşdırılır
Bu il Petkimin gəlirləri rekord həddə olacaq - Zaur Qəhrəmanov
Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir - Aİ (FOTO)
Kazanda “Müasir Müsəlman Mədəniyyəti Gənclər Festivalı” öz işini başa çatdırıb (FOTO)
Müayinədən keçirilmiş 2193 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib - DİN-in idarə rəisi
Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı
QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi”ni keçirir
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
TANAP-dan Türkiyəyə ötürülən qazın həcmi 13.4 milyard kubmetrə çatıb
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib (FOTO)
Gələn həftə BMT Beynəlxalq məhkəməsi Ermənistana qarşı qərarı açıqlayacaq
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyard dolları keçib (FOTO)
“Şəki” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
Azərbaycandan Türkiyəyə qaz ixracının həcmi açıqlanıb
Ata Abdullayevə dedim, bir quzu kəsdirim verim sənə, razılaşmadı - Masazır bələdiyyəsinin sədri
HHM bölmələrinin döyüş atışları keçirilib (VİDEO)
Lirənin ucuzlaşması SOCAR-ın Türkiyədəki gəlirlərinə necə təsir göstərir?
IBF Bakı Forumu Azərbaycana investisiya axınını artıracaq - MÜSİAD Azərbaycanın rəhbəri
İƏT-in XV Zirvə Toplantısında verilən qərarlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi - Bəhruz Quliyev
Koronavirusun yeni ştammı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı? - Mərkəzi Gömrük Hospitalının şöbə rəisi
Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb (FOTO)
Azərbaycanda 2022-2023-cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb
Xorvatiya mətbuatı Azərbaycanın Qarabağda nəqliyyat, kənd təsərrüfatı və “smart city” təcrübəsindən yazıb (FOTO)
Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı
Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, bir nəfər xəsarət alıb
Kəlbəcərin Qılınclı kəndi (VİDEO)
Ötən ay sosial müavinət alanların 85 faizi qadınlar olub
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Bakıda 23 yaşlı qadın əri tərəfindən qətlə yetirilib
"Kazinform" "Türk dünyası" (turkic.world) media platformasına qoşulub (FOTO)
Azərbaycanda elektrik enerjisi istehsalı və ixracı artıb
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Xarici valyutaların manata qarşı məzənnələri
Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)
Azərbaycanın tarixi qələbəsi İƏT-in gələcək fəaliyyəti üçün yeni perspektivlər açıb - Kamaləddin Qafarov
Bütün xəbərlər