...

BANM-da Fuad Vəliyevin kitabının təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2017 14:24 (UTC +04:00)
Fuad Vəliyevin “Rekviyem” adlı kitabın təqdimatı keçirilib.
BANM-da Fuad Vəliyevin kitabının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) “Sinerji” Elmi Diskussiyalar Klubunun çərçivəsində Ali Məktəbin “Neft-qaz mühəndisliyi” kafedrasının professoru, sözüqedən klubun elmi koordinatoru Fuad Vəliyevin “Rekviyem” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digərləri iştirak ediblər.

E.Qasımov qonaqları salamlayaraq, F.Vəliyevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, öncə milli-mənəvi dəyərlərimizə sahib çıxan, əslini unutmayan bir müəllim, eyni zamanda mədəniyyətimizin xidmətində layiqincə dayanan bir məsul şəxs kimi, F.Vəliyevin qələminin vurğunu olduğunu qeyd edib: “Fuad Vəliyev müasir müəllim olaraq, tələbələrə biliklər ilə yanaşı xalqımızın əqidə incəliklərin doğru çatdırılmasında nümunəvi alim və insandır”.

Görüş kitabın video-prezentasiyası ilə davam edib.

Çıxış edənlər F.Vəliyevin kitabının əhəmiyyəti və aktuallığı və onun müasir dünyanın ən qaynar problemləri haqqında düşüncələrindən bəhs ediblər. Müzakirələr zamanı qeyd olunub ki, müəllifin şeirlərində təqdim olunanlar - xeiyr və şər haqqında tarix və onun dərsləri, ətrafda baş verənlərə hər kəsin məsuliyyətliliyi alimin ciddi düşüncələridir.

Tədbirdə iştirak edənlər öz təəssüratlarını bölüşərək vurğulayıblar ki, müəllifin bu şeirləri vətəndaş mövqeyi ilə yanaşı onun poetik istedadının məhsuludur. Tədbir iştirakçıları F.Vəliyevin çoxillik və müxtəlif şaxəli müəllimlik fəaliyyəti, elmi tədqiqat və yaradıcılığı haqqında danışaraq bildiriblər ki, onun həyatı, tələbələri üçün olduqca yaxşı nümunədir. Qonaqlar F.Vəliyevə və BANM-nin rəhbərliyinə belə maraqlı bir görüş təşkil etdiklərinə görə təşəkkür ediblər.

Diskussiya Ali Məktəbin tələbə, professor müəllim-heyəti və qonaqlar arasında müzakirələr, mövzu ətrafında səsləndirilən fikirlərlə yekunlaşıb.

Qeyd edək ki, BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun yaradılmasında əsas məqsəd tələbələri, gənc alim, pedaqoq və mütəxəssisləri dəqiq və humanitar elmlər, mühəndislik üzrə yeni nailiyyətlər, aktual problemlər, perspektivlər barədə məlumatlandırmaq, elmi-praktiki diskussiyalara cəlb etmək, elmi-tədqiqat işinə həvəsləndirmək, onlarda yaradıcılıq vərdişləri, diskussiya aparmaq, çıxış etmək mədəniyyəti formalaşdırmaq. Klubun fəaliyyəti dövründə müxtəlif aktual mövzularda aparıcı elm adamlarının, yerli və xarici mütəxəssislərin, idarə və müəssisə rəhbərlərinin məruzələri dinlənilməsi, disputlar, dəyirmi masalar, tələbələrin elmi-texniki-humanitar mövzularda çıxışları, onların tədqiqat işlərinin müzakirəsi, informasiya mübadiləsi nəzərdə tutulur. Klubun gələcək diskussiyalarında BANM-in heyəti ilə yanaşı, maraqlanan hər kəs iştirak edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti