...

Leyla Yunus və Arif Yunusun məhkəməsi təxirə düşdü, çünki...

Cəmiyyət Materials 3 May 2017 16:39 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
Leyla Yunus və Arif Yunusun məhkəməsi təxirə düşdü, çünki...

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində hökmdən verilmiş şikayət üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Vəkil Elçin Sadıqovun Trend-ə verdiyi məlumata görə, məhkəmə sənədləri vəkilə təqdim edilməyib. Hakim bu səbəbdən prosesi mayın 17-ə təyin edib.

Xatırladaq ki, ötən ilin dekabrın 27-də Ali Məhkəmədə Leyla Yunus və Arif Yunusun işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında baxılması qərara alınıb. Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə onların əmlakının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi haqqında qərar verib. Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabrın 9-da isə Leyla Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər. Ötən ilin aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək, Hollandiyaya gediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti