...

Qazax rayonu Çaylı-Təzəkənd avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 May 2017 16:26 (UTC +04:00)
Qazax rayonu Çaylı-Təzəkənd avtomobil yolu da əsaslı şəkildə yenidən qurulur.
Qazax rayonu Çaylı-Təzəkənd avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Qazax rayonu Çaylı-Təzəkənd avtomobil yolu da əsaslı şəkildə yenidən qurulur.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 6 km olan yolun torpaq yatağının eni 10 m, hərəkət hisəsinin eni isə 6 m təşkil edir. Çiyinlərin eni müvafiq olaraq 2 m-dir.

Təmir-tikinti işləri çərçivəsində yol boyu torpaq işləri görülüb, yeni yol yatağı inşa edilib və 1 qat olmaqla asfaltlanma işləri aparılıb. Ümumilikdə isə yolun 36 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Yenidənqurma işləri tam yekunlaşdıqdan sonra zəruri olan yerlərə 50 ədəd yol nişanı və 17 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 18 min metr xətlənmə işləri aparılacaq.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti