...

Səyyar ASAN xidmət Mərdəkan və Abşeron Gənclər Evində

Cəmiyyət Materials 16 May 2017 16:23 (UTC +04:00)
Səyyar ASAN xidmət 16 – 31 may tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) göstərəcək.
Səyyar ASAN xidmət Mərdəkan və Abşeron Gənclər Evində

Bakı. Trend:

Səyyar ASAN xidmət 16 – 31 may tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) göstərəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bununla yanaşı, Səyyar ASAN xidmət tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Qeyd edək ki, Səyyar ASAN xidmətin 10 avtobusu və həmçinin səyyar ASAN qatar dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Ətraflı məlumat üçün vətəndaşlar 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti