...

DİM-dən Magistratura və rezidenturaya qəbul imtahanları ilə bağlı xəbərdarlıq

Cəmiyyət Materials 19 May 2017 17:46 (UTC +04:00)
Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat 22 may saat 23:59-dək davam edəcək.
DİM-dən Magistratura və rezidenturaya qəbul imtahanları ilə bağlı xəbərdarlıq

Bakı. Trend:

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat 22 may saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən xəbərə görə, 19 may saat 17:30-a olan məlumata əsasən magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 6540 bakalavr proqram seçimini təsdiq edib. 560 bakalavr elektron ərizəsinə daxil olub proqram seçimi etsə də, ərizəsini təsdiq etməyib.

Rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ olan 665 namizəddən 449 nəfəri imtahanın ikinci mərhələsində iştirakını təsdiq edib.

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini təsdiq etməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti