...

"Shokki Mokki" "Uşaqların müdafiəsi günü" münasibətilə fleşmob keçirib (FOTO,VİDEO)

Cəmiyyət Materials 1 İyun 2017 09:54 (UTC +04:00)

Bakı. Trend:

“Shokki Mokki” markasının təşəbbüsü ilə 1 İyun “Uşaqların müdafiəsi günü” münasibətilə Fəvvarələr Meydanında “Pandanın rəqsi” fleşmobu keçirilib.

"Azersun Holding"dən Trend-ə verilən məlumata görə, brendin siması olan Panda və ona qoşulan uşaqların aktiv rəqsi tək azyaşlıların deyil, eyni zamanda gənclərin, yaşlıların və valideynlərin də xüsusi marağına səbəb olub. Fleşmobun başlıca məqsədi bir neçə dəqiqəlik də olsa, azyaşlıları sevindirmək və onlara yadda qalan bayram hədiyyəsi etmək olub. Tədbirin sonunda fleşmobu izləyən uşaqlara “Shokki Mokki” məhsulu hədiyyə edilib.

Daim uşaqların inkişafını düşünən və azyaşlıların hüquqlarının və sağlamlığının qorunması istiqamətində müxtəlif layihələr reallaşdıran “Shokki Mokki” markalı şokolad kremləri uşaq orqanizmi üçün xüsusilə xeyirli olduğundan, sümük quruluşunun inkişaf etməsinə şərait yaradan, orqanizmi gücləndirən protein və kalsium mənbəyi olan fındıq, süd ilə zəngin faydalı məhsuldur. Müxtəlif şirniyyatların, tortların hazırlanmasında əlverişli məhsul olan “Shokki Mokki” şokolad kremi bütün satış nöqtələrində istehlakçılara təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti