...

Mikayıl Cabbarov: 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb

Cəmiyyət Materials 7 İyun 2017 11:57 (UTC +04:00)
Azərbaycan tarixində ilk dəfə olaraq peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına lazımi dəstəyin verilməsi, habelə peşə təhsili və tədrisi üzrə nomativ hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə görülən əsas hədəflərdəndir.
Mikayıl Cabbarov: 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan tarixində ilk dəfə olaraq peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına lazımi dəstəyin verilməsi, habelə peşə təhsili və tədrisi üzrə nomativ hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə görülən əsas hədəflərdəndir. Bu məqsədlə hazırda Almaniya, İngiltərə, Koreya, Finlandiya, İsveçrə, Sinqapur, Litva, Estoniya kimi ölkələrin təcrübələri öyrənilir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsinin açılış konfransında çıxışında deyib.

M.Cabbarov bildirib ki, peşə təhsili sahəsində aparılan monitorinqlərin hıyata keçirilməsinə veriləcək dəstək Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin şəffaf, nəticəyönümlü idarəetmə sisteminin yaradılmasına təkan verəcək.

Agentliyin fəaliyyət göstərdiyi müddətdə peşə təhsili ilə bağlı həyata keçirilən layihələrə gəlincə, nazir qeyd edib ki, qısa müddətdə peşə ixtisas təhsili müəsisələrinin əksəriyyətində montiorinqlər keçirilib:

"Onların bir çoxunun rasionallaşdırılması və optimallaşdırılması ilə bağlı müvafiq təkliflər hazırlanıb. Nəticədə 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzlərində yerləşdirilib. Bu günlərdə daha bir rasionallaşdırma baş verib. Nazirlər Kabinetinin müvafiq qərarı olaraq, Qəbələdə 2 təhsil müəsisəsinin əsasında müvafiq peşə təhsil mərkəzi yaradılıb. Tezliklə Qəbələ və Gəncədə yeni peşə təhsili müəsisələrinin inzibati biaları istifadəyə veriləcək. Bu il ilk peşə ixtisas təhsili müəsisələrində çalışan fənn müəllimlərinin bilik və bacarıqlaırnın diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Çarı ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur. Bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə “Asan peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinə şagird qəbulu Asan Xidmət Mərkəzləri tərəfindən həyata keçirilib. Yeni tədris ilindən Asan Xidmət Mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirlməsi nəzərdə tutulur".

O qeyd edib ki, Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən, bu ildən tikinti və quraşdırma üzrə Dövlət Təhsili Mərkəzinin şagirdləri iş yerində itehsalat təcrübələrinə cəlb edilib:

"Növbəti tədris ilindən etibarən, ölkənin ən iri işə götürənlərindən biri olan "Gilan Holding"lə qarşılıqlı əməkdaşlıq çərçivəsində sifarişlər əsasında əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlığının həyata keçirilməsi nəzərdə tutulur. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, layihələr həyata keçirilir və onların əsasında yeni tədris proqramları, kurrikulumlar, dərs vəsaitləri hazırlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti