...

"Ford" avtomobilləri geri çağırır - Arxa təkərdə PROBLEM

Cəmiyyət Materials 9 İyun 2017 21:34 (UTC +04:00)

Bakı. Trend:

"Ford" şirkəti Rusiyada 250-yə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar arxa təkərin nizamlama rıçaqında qeydə alınan qaynaq qüsurları ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə Rusiyada satılmış "Explorer" modellərinə şamil olunur.

Bu qüsurların avtomobilin idarəetməsinin itirilməsinə gətirib çıxara biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti