...

Ueldanovun cinayət işi geri qaytarıldı

Cəmiyyət Materials 23 İyun 2017 16:21
Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Ueldanovun cinayət işi geri qaytarıldı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs M. Ueldanov özü də iştirak edib. Məhkəmə şikayətə baxsa da, işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb. Prosesdə hakim bildirib ki, cinayət işi rus dilinə tərcümə olunmadığı üçün Bakı Apellyasiya Məhkəməsində baxıla bilməz. Hakimin qərarına görə, cinayət işi birinci instansiya məhkəməsində tərcümə edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

M.Ueldanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Ueldanov hökmdən apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Rusiya vətəndaşı M.Ueldanov Bakıda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsilə təqsirli bilinib.

Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov erməni olduğuna görə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti