...

SOCAR-ın xəsarət alan əməkdaşlarının ADLARI və SON DURUMU (ÖZƏL)

Cəmiyyət Materials 30 İyun 2017 17:57 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicəsi davam etdirilir.
SOCAR-ın xəsarət alan əməkdaşlarının ADLARI və SON DURUMU (ÖZƏL)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicəsi davam etdirilir.

Bu barədə Trend-ə xəsarət alan əməkdaşların müalicə olunduğu Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Baş həkim bildirib ki, yaralılardan bir nəfər - 1979-cu il təvəllüdlü Əliyev Raqif Rafiq oğlu döş qəfəsinin diafraqma yırtığından əməliyyat olunub və o, reanimasiyaya yerləşdirilib. 2 nəfər - 1986-cı il təvəllüdlü Hüseynov Mürvət Hüseyn oğlu qapalı kəllə-beyin travması, dirsək sümüyünün sınığı, 1985-ci il təvəllüdlü Tarverdiyev Samir Həmid oğlu döş qəfəsinin küt travması, sağ kürək nahiyəsinin sınığı ilə əməliyyata hazırlanıb.

Xəsarət alanlardan iki nəfər - 1984-cü il təvəllüdlü Quliyev Zaur Bəhram oğlu beyin silkələnməsi, burun və alının əzilmiş yarası, 1986-cı il təvəllüdlü Paşayev Bəhruz Rafiq oğlu isə qapalı kəllə-beyin travması ilə neyrotravmatologiya şöbəsinə yerləşdirilib.

Ə.Dadaşov bildirib ki, yaralıların həyatı təhlükələri yoxdur və səhhətləri stabildir.

Qeyd edək ki, iyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub. Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti