...

Zoologiya İnstitutu Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA verdi

Cəmiyyət Materials 4 İyul 2017 14:46 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Kürdəmirdə insanlar tərəfindən nadir heyvanın tapılması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Zoologiya İnstitutu Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA verdi

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Kürdəmirdə insanlar tərəfindən nadir heyvanın tapılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

İnstitutun direktoru Elman Yusifov Trend-ə bildirib ki, həmin heyvan nadir deyil və ona Azərbaycanın faunasında rast gəlinir.

E.Yusifov həmin heyvanın adının şneyder kərtənkələsi və ya uzunayaq ssink olduğunu açıqlayıb.

Direktorun sözlərinə görə, bu kərtənkələ Azərbaycanın yarımsəhra ərazilərində yayılıb.

O, Qobustan qoruğunda həmin heyvana rast gəldiyini və onun şəklini çəkdiyini də açıqlayıb.

Trend E.Yusifovun çəkdiyi həmin şəkli təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti