...

Teleaparıcını Beyləqanda ilan sancıb - Bakıya gətirilir

Cəmiyyət Materials 14 İyul 2017 14:47 (UTC +04:00)
Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb.
Teleaparıcını Beyləqanda ilan sancıb - Bakıya gətirilir

Bakı. Samir Əli - Trend:

Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb.

Bu barədə Trend-ə açıqlamasında İ.Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında Beyləqan rayonu ərazisində baş verib:

"İlqar yeni veriliş hazırlayır. Həmin verilişin çəkilişi zamanı onu ayağından qəfil ilan sancdı. Beyləqandakı hospitalda İlqara ilkin tibbi yardım göstərildi. Amma həkimlər təhlükəli ola biləcəyindən ehtiyat edirlər. Hazırda "Medi Style" hospitalının təcili yardım avtomobili ilə İlqarı Bakıya gətiririk. Hələlik səhhəti stabildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti