...

Azərbaycan snayperləri Beynəlxalq Ordu Oyunlarında növbəti mərhələyə yüksəliblər (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2017 19:15 (UTC +04:00)
Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.
Azərbaycan snayperləri Beynəlxalq Ordu Oyunlarında növbəti mərhələyə yüksəliblər (FOTO)

Bakı. Trend:

Bu gün “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan snayperləri ilə yanaşı Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.

Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti