...

Qazax sakini qardaşı arvadına xəsarət yetirib evini yandırdı

Cəmiyyət Materials 16 Avqust 2017 09:59 (UTC +04:00)
Qazax rayon sakini qardaşının həyat yoldaşını öldürməyə cəhd edib.
Qazax sakini qardaşı arvadına xəsarət yetirib evini yandırdı

Bakı. Samir Əli - Trend:

Qazax rayon sakini qardaşının həyat yoldaşını öldürməyə cəhd edib.

Trend-in məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Əhmədov Valeh Qurban oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı Həsənova Ceyhunə Eldar qızını döyüb. Daha sonra V.Əhmədov qadının başına ağır çəkiclə zərbələr endirib.

C.Həsənova ağır vəziyyətdə Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Əhmədov daha sonra həmin evi də yandırıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov saxlanılıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlayıb.

Hadisəni törədən şəxsin psixi xəstə olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti