...

600-dən yuxarı bal toplamış məzunları mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2017 19:24 (UTC +04:00)
Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.
600-dən yuxarı bal toplamış məzunları mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində 2016-2017-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məktəb direktorları, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edib.

S.Mikayılov ilk öncə ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Bundan əlavə rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov bu il Qaradağ rayonunun əldə etdiyi yüksək nəticəni xüsusi vurğulayaraq bildirib ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir. Qaradağ rayonu üzrə orta məktəbi 2 nəfər qızıl medala layiq görülməklə 1408 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 924 abituriyentin 62,7 faizi, yəni 580 nəfəri tələbə adını qazandığı, onlardan 30 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırılıb.

Məzunlardan Məhərrəmova Nilgün Tarix qızı 682 bal, Tağıyeva Aidə Ələsgər qızı 681 bal və Qasımzadə Aydan Orxan qızı 676 bal toplayaraq Azərbaycanın ən yüksək ali təhsil ocaqlarında təhsil alma hüququ qazanıblar.

Tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplamış 30 məzuna, əlavə olaraq orta məktəbi qızıl medalla bitirmiş daha bir məzuna və tarix fənni üzrə Respublika Olimpiadasında birincilərin birincisi adına layiq görülərək qızıl medalla təltif edilmiş 9-cu sinif şagirdinə Süleyman Mikayılov tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti