...

Məhərrəmlik ayında məscidlərdə mikrofonlardan istifadə ilə bağlı məsələyə aydınlıq gətirildi

Cəmiyyət Materials 14 Sentyabr 2017 14:51 (UTC +04:00)
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məhərrəmlik ayı mərasimlər zamanı məscidlərin ərazisində mikrofonlardan istifadə edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Məhərrəmlik ayında məscidlərdə mikrofonlardan istifadə ilə bağlı məsələyə aydınlıq gətirildi

Bakı. Elçin Mehdiyev – Trend:

Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məhərrəmlik ayı mərasimlər zamanı məscidlərin ərazisində mikrofonlardan istifadə edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in məlumatına görə, M.Qurbanlı bildirib ki, ötən il bununla bağlı bəzi narazılıqlar müşahidə edildi.

O bildirib ki, mikrofonlardan istifadə ilə bağlı məhdudiyyət olmamalıdır, ancaq mikrofondan istifadə qaydası olmalıdır:

"Mikrofondan istifadə edərkən nəzərə almaq lazımdır ki, məscidlər arasında məsafə, səsin həddi nə qədərdir? Əgər iki məscidin arasında məsafə azdırsa, səs azaldılmalıdır. Ümumiyyətlə, miktofonlardan istifadə zamanı yerli xüsusiyyətlər nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, mikrofonun yüksək səsi insanları narazı salmasın".

Komitə sədri əlavə edib ki, yerli hakimiyyətin qanunauyğun irəli sürdüyü bu və ya digər tələb varsa, bu da izah olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti