...

Voleybol üzrə Avropa çempionatının üçüncü günü - NƏTİCƏLƏR və TƏQVİM

Cəmiyyət Materials 24 Sentyabr 2017 22:49 (UTC +04:00)
Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində üçüncü yarış günü başa çatıb.
Voleybol üzrə Avropa çempionatının üçüncü günü - NƏTİCƏLƏR və TƏQVİM

Bakı. Trend:

Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində üçüncü yarış günü başa çatıb.

Trend-in məlumatına görə, Polşa ilə qarşılaşan millimiz yenə də inamlı qələbə qazanıb - 3:0 (25:14, 25:21, 25:23).

Digər oyunların nəticələri:

A qrupu

Azərbaycan - Polşa 3:0
Almaniya - Macarıstan 15:5

B qrupu

Gürcüstan - Belarus 0:3
Xorvatiya - İtaliya 2:3

C qrupu

Bolqarıstan - Türkiyə 3:2

D qrupu

Belçika - Serbiya 1:3
Çexiya - Niderland 1:3

Sabah A qrupunda Almaniya - Azərbaycan, C qrupunda isə Türkiyə - Ukrayna, Rusiya - Bolqarıstan oyunları keçiriləcək. Bununla da qrup mərhələsinə yekun vurulacaq.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti